Ən son xəbərlər:

01.06.2023 /05:53/ Ukrayna yay əks-hücumuna hazırlaşır

Ukrayna yay əks-hücumuna hazırlaşır.

xeberaz.info xəbər verir ki, Ukrayna planlaşdırma məsələlərində ABŞ ilə əlaqə saxlayaraq, bu yay əks-hücum əməliyyatına hazırlaşır. Bu barədə çərşənbə günü CNN televiziya şirkətinin efirində Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Biz əmin olmaq istəyirik ki, Ukrayna bu yay əks-hücum etməyə hazırlaşarkən özünü müdafiə etmək üçün lazım olan hər şeyə malikdir. Biz istəyirik ki, onların uğurunu təmin etmək üçün lazım olan hər şey olsun”, – Kirbi belə bildirib.

Kirbi onu da qeyd edib ki, ABŞ və Ukrayna hərbçiləri planlaşdırmanın əvvəlindən təmasdadırlar.