Ən son xəbərlər:

01.06.2023 /05:51/ Cənubi Çin dənizində mövcudluğuna görə Çin ABŞ-ı hədələdi

Cənubi Çin dənizində ABŞ hərbi mövcudluğunun nəticələri ilə bağlı Çin ABŞ-ı hədələyib.

xeberaz.info xəbər verir ki,  Çin Silahlı Qüvvələri Amerika hərbi təyyarələrinin Cənubi Çin dənizi üzərində qeyri-qanuni peyda olması ilə əlaqədar Pentaqona ABŞ üçün mümkün mənfi nəticələr barədə xəbərdarlıq edib. Bu barədə çərşənbə günü Çin Xalq Azadlıq Ordusunun Cənub Bölgəsi Döyüş Komandanlığının sözçüsü Zhang Nandong bildirib.

ABŞ-ın RC-135 kəşfiyyat təyyarəsinin Cənubi Çin dənizi üzərində görünməsini şərh edərkən, “Amerika tərəfini dənizdə və hava məkanında hər hansı hərbi əməliyyatdan çəkinməyə qətiyyətlə çağırırıq”. “Əks halda ABŞ bunun nəticələrini çəkəcək”. Nandong belə deyib.