Ən son xəbərlər:

01.06.2023 /05:31/ Almaniya Yekaterinburq, Kalininqrad və Novosibirskdəki konsulluqlarını noyabr ayına qədər bağlayacaq

Almaniya Yekaterinburq, Kalininqrad və Novosibirskdəki konsulluqlarını noyabr ayına qədər bağlayacaq.

xeberaz.info xəbər verir ki, Almaniya hökuməti Moskvanın Rusiya Federasiyasındakı alman müəssisələrinin işçilərinin sayını 350-yə endirmək qərarı fonunda Yekaterinburq, Kalininqrad və Novosibirskdəki baş konsulluqları bağlamaq qərarına gəlib. Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Kristofer Burger çərşənbə günü brifinqdə məlumat verib..

“Struktur dəyişikliklərinə ehtiyac olacaq. Rusiyanın işçilərimizin ixtisarına dair göstərişini yerinə yetirmək üçün Almaniya hökuməti Almaniyanın Kalininqrad, Yekaterinburq və Novosibirskdəki konsulluqlarını bağlamaq qərarına gəlib”, – deyə o bildirib.

Almaniya hökuməti də çərşənbə günü Moskvaya Rusiya Federasiyasındakı alman qurumlarının işçilərinin sayının 350-yə endirilməsi qərarına cavab olaraq Almaniyadakı beş Rusiya konsulluğundan dördünün işinin dayandırılmasının zərurətindən danışıb.

Bu gün verilən məlumata görə Rusiya Xarici İşlər Nazirliyinə Rusiyadan Almaniyadakı dörd baş konsulluğun bağlanması prosesinə dərhal başlamaq və ən geci 31 dekabr 2023-cü il tarixinə qədər başa çatdırmaq tələb edilib”, – Burger belə bildirib.