Ən son xəbərlər:

01.06.2023 /03:49/ Səudiyyə Ərəbistanında qum fırtınası həyatı dayandırıb

Səudiyyə Ərəbistanında qum fırtınası həyatı dayandırıb.

xeberaz.info haber7.com saytına istinadən bildirir ki, Səudiyyə Ərəbistanının şimal-şərqində yerləşən Hafar əl-Batin şəhərində qum fırtınası nəticəsində səma qumla örtülüb.

Fırtına bölgəsində nəqliyyatın hərəkəti dayanıb. Şəhərin Rafha ərazisində sıx qum buludu ticarət mərkəzində olan alıcıları qumun keçmədiyi ərazilərə qaçmağa məcbur edib.

Yerli hakimiyyət orqanları fırtınada  təhlükəsiz qalmaq üçün əhaliyə evlərini tərk etməmələri və nəqliyyat vasitələrinin sürücülərini səyahət zamanı diqqətli olmaları barədə xəbərdarlıq edib.