Ən son xəbərlər:

16.11.2022/20:00 / Şuşa Tarixi Şəhərlər Liqasının üzvü oldu

Azərbaycanın Şuşa şəhəri Tarixi Şəhərlər Liqasına daxil olub.

«Tarixi Şəhərlər Liqasının Baş Assambleyasının 2022-ci il noyabrın 14-dən 16-dək Cənubi Koreyanın Andong şəhərində keçirilən iclasında 18-ci ümumdünya konfransı çərçivəsində Şuşa şəhərinin liqaya üzv olması elan edilmişdir», – deyə məlumatda bildirilir.

Qeyd etmək lazımdır ki, Liqa müxtəlif ölkələrdən 126 şəhərin daxil olduğu beynəlxalq platformadır. Şəhərlər TSL çərçivəsində tarixi-mədəni irsin, tarix və mədəniyyət abidələrinin qorunması, həmçinin turizm potensialının artırılması məqsədilə sıx əməkdaşlıq edirlər.