Ən son xəbərlər:

29.05.2023 /20:25/ Scholz Ərdoğanı Berlinə səfərə dəvət edib

cholz Ərdoğanı Berlinə səfərə dəvət edib.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Almaniya kansleri Olaf Şolz yenidən Türkiyə prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb və o, Türkiyə liderini Berlinə səfərə dəvət edib. Bunu Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştreit deyib.

O qeyd edib ki, Şolz və Ərdoğan Şərqi Aralıq dənizindəki vəziyyətin nizamlanması, hazırda NATO-da qəbul edilən qərarlar və Türkiyənin Aİ ilə münasibətləri üzərində işləmək üçün əməkdaşlıq etmək niyyətindədirlər.

Bu məqsədlə Almaniya kansleri yenidən seçilmiş prezidenti Berlinə səfərə dəvət edib, – TASS Hebestreit-dən sitat gətirib.

Bundan əvvəl Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirmişdi ki, Ərdoğan ABŞ prezidenti Co Baydeni andiçmə mərasiminə dəvət edə bilər.

Ərdoğan mayın 29-u axşam saatlarında Baydenlə telefon danışığı aparmağı planlaşdırır.