Ən son xəbərlər:

29.05.2023 /16:31/ Ukrayna Müdafiə Nazirliyi NATO prinsipləri ilə işləmək qərarına gəlib

Ukrayna Müdafiə Nazirliyi NATO prinsipləri ilə işləmək qərarına gəlib.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Ukrayna əsasnaməyə uyğun olaraq hərbi xidmət keçmə qaydası ilə bağlı əsasnamədə yeniliklər hazırlamağa başlayıb. Bu barədə Ukrayna Müdafiə Nazirliyi öz Telegram kanalında məlumat yayıb.

Bildirilir ki, ştat kateqoriyasına malik hərbi qulluqçular hərbi rütbəyə uyğun vəzifələrə təyin olunacaqlar. Bundan əlavə, hakimiyyət hərbi xidmətdə qalma və xidmət müddəti şərtlərini tətbiq edəcək.

Bununla yanaşı, indi reytinq prinsipi əsasında ən yüksək mövqeləri müəyyənləşdirməyə başlayacaqlar.