Ən son xəbərlər:

29.05.2023 /15:00/ Ərdoğan ilk xarici səfərini Moldovaya edə bilər

Ərdoğan ilk xarici səfərini Moldovaya edə bilər.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan ilk xarici səfərini Avropa siyasi ictimaiyyətinin sammitinin keçiriləcəyi Moldovaya edə bilər. Bu barədə TASS Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalına istinadən məlumat yayıb.

Moldovada sammit iyunun 1-də baş tutacaq.

Bundan əvvəl məlumat verilmişdi ki, Moldova müxalifəti iyunun 1-də respublikada keçiriləcək Avropa Siyasi Birliyinin sammiti zamanı ölkədəki bütün yolları bağlamaq niyyətindədir.