Ən son xəbərlər:

29.05.2023 /14:35/ İsveç xarici işlər naziri Billström iyunun 1-də Çavuşoğlu ilə görüşəcək

İsveç xarici işlər naziri Billström iyunun 1-də Çavuşoğlu ilə görüşəcək.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, İsveçin xarici işlər naziri Tobias Billström iyunun 1-i cümə axşamı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.

TASS-ın məlumatına görə, nazirlərin görüşü Şimali Atlantika Alyansına üzv ölkələrin XİN rəhbərlərinin Osloda keçiriləcək iclası çərçivəsində baş tutacaq.

Qeyd olunur ki, tərəflər İsveçin NATO-ya daxil olması məsələsini müzakirə etməyi planlaşdırırlar.

Daha əvvəl məlumat verilmişdi ki, İsveçin müdafiə naziri Pol Yonsson ölkənin NATO-ya üzvlüyünə dəstəyin artdığını qeyd edib.