Ən son xəbərlər:

29.05.2023 /07:27/ Rusların mobil telefonları 2035-ci ilə qədər peyklərə qoşulacaq

Rusların mobil telefonları 2035-ci ilə qədər peyklərə qoşulacaq.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Rusiya telekommunikasiya sənayesinin inkişafı strategiyasının layihəsinə əsasən, Rusiya aşağı Yer orbitinə xüsusi rabitə peyklərini buraxmağı planlaşdırır. Bu da rus mobil telefon istifadəçilərini şəbəkənin olmadığı yerlərdə internetlə təmin edəcək.

Sənəddə qeyd olunur ki, 2035-ci ilə qədər Rusiyanın bu aşağı orbitli peyklər bürcünün əsasında ölkənin bütün ərazisini internetlə əhatə edəcək hibrid rabitə sistemi yaradılacaq.

Amerikalı ixtiraçı İlon Mask tərəfindən 2018-ci ilin fevral ayından həyata keçirilən layihə dünyanın istənilən nöqtəsində yüksəksürətli internetə çıxışın təmin edilməsini nəzərdə tutur.