Ən son xəbərlər:

29.05.2023 /07:03/ Rusiya Federasiyası ilə Britaniya arasında 450 illik münasibətləri bir gündə korlamaq istəyirlər

Rusiya Federasiyası ilə Britaniya arasında 450 illik münasibətləri bir gündə korlamaq istəyirlər.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Britaniya hakimiyyəti Ukrayna ilə bağlı sərt mövqeyi ilə Rusiya ilə münasibətlərin bütün arxitekturasını məhv edib ki, bu da təəssüf doğurmaya bilməz. Bu fikirləri Rusiyanın Londondakı səfiri Andrey Kelin bazar günü nümayiş olunan BBC kanalının efirində deyib.

Böyük Britaniyanın belə sərt mövqe tutmasından təəssüflənirəm. Bizim Böyük Britaniya ilə münasibətlərimizin uzun tarixi var və təəssüf ki, London münasibətlərin bütün arxitekturasını – siyasi, iqtisadi, mədəni, xüsusən də humanitar və digərlərini partlatmaq qərarına gəlib”, – deyə Kelin ingilis dilində danışıb.

Münasibətlərimiz 450 ildir, kral ailələləriri arasında əlaqələr olduğu kimi,  insanlar arasında da əlaqələr var və onlar bir gündə onları korlamağa çalışırlar”, – deyə səfir əlavə edib.