Ən son xəbərlər:

29.05.2023 /06:50/ ABŞ ordusu öz polisini Nürnberqdəki stansiyaya göndərir

ABŞ ordusu öz polisini Nürnberqdəki stansiyaya göndərir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Almaniyada ən təhlükəli məntəqələrdən biri hesab edilən Nürnberq şəhərinin əsas dəmir yolu vağzalında hüquq-mühafizə orqanlarına ABŞ hərbi polisinin patrulları cəlb olunacaq. Bu barədə bazar günü “Münchner Merkur” qəzeti məlumat yayıb.

Nəşr aydınlaşdırıb ki, asayişin qorunmasına ABŞ hərbi polisini cəlb etmək qərarı yanvarda stansiyada Bavariyadakı bazada xidmət edən üç amerikalı əsgərin iştirakı ilə baş vermiş insidentdən sonra verilib.

Aralarında münaqişə yaranıb və Almaniya Federal Polisi onları ayırmaq üçün işə qarışanda amerikalılar mühafizəçilərə hücum ediblər. Nəhayət, doqquz alman polisi ABŞ əsgərlərini saxlayıb.

Amerika patrullarının həftə sonları stansiyanın mühafizəsinə kömək edəcəyi gözlənilir.