Ən son xəbərlər:

29.05.2023 /05:45/ ABŞ-da defoltdan qaçmaq üçün MakKarti ilə razılaşma əldə olunub

ABŞ-da defoltdan qaçmaq üçün MakKarti ilə razılaşma əldə olunub.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Amerika lideri Co Bayden jurnalistlərə açıqlamasında ABŞ-ın suveren defoltunun qarşısını almaq üçün razılığın əldə edildiyini açıqlayıb.

Prezident bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Kevin Makkarti ilə danışıqların yekunlarına dair müvafiq bəyanatla çıxış edib.

“Spiker MakKarti və mən ikitərəfli büdcə razılaşmasına nail olduq və tam Konqresə doğru irəliləməyə hazırıq”- Bayden belə deyib.