Ən son xəbərlər:

29.05.2023 /05:32/ Ərdoğan “Türkiyə əsrinin” başladığını elan etdi

Ərdoğan “Türkiyə əsrinin” başladığını elan etdi.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Ərdoğan seçkilərdə qələbə qazandıqdan sonra “Türkiyə əsrinin” başladığını elan etdi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinə qarşı “çirkli oyunlar” oynamaq cəhdlərinin iflasa uğradığını bildirib.

O qeyd edib:“Son 10 ildə müxtəlif tələlər qurulub, çirkin oyunlar oynanılıb, kürəyinə bıçaq zərbələri vurulub, bütün bunlar bu günün gəlməsinin qarşısını almaq üçün edilib. Bununla belə, onlar da uğursuzluğa düçar oldular”.

Türk xalqı bir daha sübut etdi ki, “ağılı və bəsirəti” nə qədər güclüdür.