Ən son xəbərlər:

15.11.2022/21:58/ Ərdoğan 2023-cü ildə böyük ərzaq böhranının ehtimal olacağını bildirdi

Türkiyə Prezidenti Tayyib Ərdoğan Bali şəhərində keçirilən G20 sammitində gübrə bazarının sürətlə sabitləşdirilməsinin vacibliyini bildirib, çünki dünya gələn il ərzaq böhranı ilə üzləşə bilər.

“Dünya buğda, həm də düyü, günəbaxan  və qarğıdalı yağı üzrə böhran perspektivinin qarşısında dayanır. Qlobal gübrə bazarı da sürətlə sabitləşməlidir. Əks təqdirdə, gələn il daha  böyük bir ərzaq böhranı ilə üzləşəcəyik “, – Anadolu agentliyi onun sözlərini sitat gətirir.

O, həmçinin ixrac olunan taxılın ona ehtiyacı olan bölgələrə çatması üçün tədbirlər görməyə çağırıb. «Biz qida böhranını aradan qaldırmaqla yanaşı, enerji mərkəzi kimi yaxın bölgəmizin, xüsusən də Avropanın təhlükəsizliyinə açıq töhfə veririk», – deyə Türkiyə lideri bildirib.