Ən son xəbərlər:

15.11.2022/21:34/ Azərbaycan Albaniyada qaz şəbəkəsinin yaradılmasında iştirak etməyə hazırdır

Azərbaycan Albaniyada qaz şəbəkəsinin yaradılmasında iştirak etməyə hazırdır. Bu barədə Azərbaycan Prezidenti Ilham Əliyev noyabrın 15-də Tiranada keçirilən Albaniya Prezidenti  Bayram Beqayemlə danışıqlardan sonra bildirib.

O, görüşdə Azərbaycanın Albaniyanın qaz təsərrüfatının inkişafına verə biləcəyi töhfələrin müzakirə olunduğunu vurğulayıb. “Bizim bununla bağlı düşüncələrimiz var. Albaniyada hələ qaz şəbəkəsi yaradılmayıb. Azərbaycan bu sahədə investor kimi iştirak edə bilər və biz buna hazırıq “, – deyə onun mətbuat xidməti Azərbaycan dövlətinin başçısından sitat gətirib.

O, həmçinin bildirib ki, Azərbaycan bundan onra da bu və ya digər enerji məsələlərini Albaniya ilə  müzakirə etmək niyyətindədir.

Ilham Əliyev qeyd edib ki, hazırda Azərbaycan qazının Avropaya daxil olduğu Transadriatik (TAP) və Transanadolu (TANAP) kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. TAP-ın bir hissəsi Albaniya ərazisindən keçir.