Ən son xəbərlər:

QAZAXISTANDA MALLARIN QİYMƏTLƏRİ ARTIR

Qazaxıstanda  şəkər, un və soğan qıtlaşmağa başlayıb. Insanlar almaq  bu mallaraı almağın  mümkün  olmadığından şikayət edirlər.  Qiymətlər isə artmaqda davam edir.

Inflyasiya və baza mallarının çatışmazlığı Afrika və Mərkəzi Asiyanın bir sıra ölkələrində də müşahidə olunur. Buna səbəb Ukrayna və Rusiya taxılının tədarükü ilə bağlı fasilələr, həmçinin enerji qiymətlərinin artması olub.

Ən çox qida və alkoqolsuz içkilər, həmçinin geyim və ayaqqabılar bahalaşıb.

Kirayə mənzillərin də qiyməti artır.

Sentyabr ayında inflyasiya səviyyəsinə görə Qazaxıstan Avrasiya Iqtisadi Birliyi ölkələri arasında ikinci yeri tutub. Birinci yerdə Belarus olub. Birinci beşliyi isə Qırğızıstan, Rusiya və Ermənistan tamamlayır.