Ən son xəbərlər:

15.11.2022/16:50/ Şuşa və dünyanın üç şəhəri əməkdaşlıq niyyətləri haqqında protokol imzalayıb

Şuşa və Andonq (Cənubi Koreya), Kusko (Peru), Korinf (Yunanıstan) şəhərləri arasında əməkdaşlıq niyyəti haqqında dördtərəfli protokol imzalanmışdır. Bu barədə Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov sosial şəbəkədəki səhifəsində yazıb.

Mərasim Andonqda Tarixi Şəhərlər Liqasının 18-ci Ümumdünya konfransı çərçivəsində keçirilib.

Həmçinin, Bursa (Türkiyə) şəhərinin Osmanqazi bələdiyyəsinin nümayəndələri və Tarixi Şəhərlər Liqasının baş katibi, Kioto meri (Yaponiya) ilə ikitərəfli görüşlər keçirilib.