Ən son xəbərlər:

Şəmkirdə aqrar sahənin inkişafına xüsusi diqqət yetirilir

Azərbaycanda ərzaq təhlükəsizliyinin təminatı hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi dəyərləndirilməkdədir. Şəmkir rayonunda aqrar sektorun inkişafı xüsusi diqqət mərkəzində saxlanılır.

Rayonda heyvandarlığın inkişafı istiqamətində görülən işlər atılan addımlar, olduqca əhəmiyyətlidir. Rayon rəhbərliyi mütəmadi olaraq yerli sahibkarlarla, fermerlərlə görüşlər keçirir, təsərrüfatlarda yaradılan şəraitlə tanış olur, eyni zamanda onların arzu və istəklərini dinləyir.

Heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə yeni-yeni təsərrüfatlar yaradılır, mal-qaranın baş sayının artmasına xüsusi diqqət verilir. Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli işlər görülüb.

Cari ilin altı ayı ərzində Şəmkir rayonunda 4912 ton ət, 27598 ton süd, 16001 min ədəd yumurta, 8980 kq barama və 453,0 ton yun istehsal edilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 1,2 faiz, süd istehsalı 2,3 faiz, yumurta istehsalı 3,4 faiz, yun istehsalı isə 0,8 faiz artıb.

2022-ci ilin yanvar-iyun aylarında iribuynuzlu mal-qaranın baş sayı 56288 o cümlədən ana mal 28245, qoyun və keçilərin baş sayı 269185 baş olub. İribuynuzlu mal qara naxırında ana malın xüsusi çəkisi 50,2 faiz təşkil edib.