Ən son xəbərlər:

11.11.2022/17:41/ Azərbaycan bu il Avropaya qaz ixracını artırıb

Azərbaycan Energetika Nazirliyinin rəhbəri Pərviz Şahbazov bildirib ki, bu ilin yanvar-oktyabr aylarında ölkə qaz ixracını 17,4% artıraraq 18,2 milyard kubmetrə çatdırıb.

Nazir qeyd edib ki, Azərbaycanın Avropaya ixrac etdiyi qazın həcmi  9,3 milyard kubmetr təşkil edib ki,  – Azərbaycandan ixrac edilən qazın 51% -nə bərabərdir.

Pərviz Şahbazov onu da əlavə edib ki, Türkiyəyə ixrac edilən qazın miqdarı 6,9 milyard kubmetr (bütün ixracın 38% -i), Gürcüstana isə 2 milyard kubmetr (bütün ixracın 11% -i) təşkil edib.