Ən son xəbərlər:

10.11.2022/19:11/ Qazaxıstan Bakı-Tbilisi-Ceyhan istiqamətində ildə 1,5 milyon ton neft göndərəcək

Qazaxıstanın Baş naziri Əlixan Smayılov bildirib ki, ölkə gələn il yanvarın 1-dən Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ildə 1,5 milyon ton neft daşınmasına başlamaq niyyətindədir.

«Bakı – Tbilisi – Ceyhan vasitəsilə gələn ilin yanvarın 1-dən bu istiqamətdə 1,5 milyon ton neft yükləmək barədə razılığımız var», – deyə TASS onun sözlərini sitat gətirib.

O vurğulayıb ki, rəhbərlik gələcəkdə bu istiqamətdə tədarük gücünü dörd dəfədən çox artıracaq. Yaxın gələcəkdə, onun sözlərinə görə, təxminən 6-6,5 milyon ton neft daşınması səviyyəsinə çatmaq planlaşdırılır.