12 C
Baku
Bazar ertəsi, Aprel 12, 2021
Ev Dünya Ukrayna COVAX çərçivəsində “Pfizer” vaksininin 1 milyon dozasını alacaq

Ukrayna COVAX çərçivəsində “Pfizer” vaksininin 1 milyon dozasını alacaq

Ukrayna koronavirus əleyhinə “Pfizer” vaksininin 1 milyon dozasını tədarük edəcək.

“Xəbəraz.info ” xəbər verir ki, bu barədə Hromadske”yə müsahibəsində Ukraynanın baş sanitar həkimi Viktor Lyaşko bildirib.

Onun sözlərinə görə, rəsmi Kiyev COVAX-dan əlavə olaraq “Pfizer” vaksininin 1 milyon dozasının ayrılması haqqında təsdiqi alıb.

Lyaşko qeyd edib ki, preparat Ukraynaya iyunun sonuna kimi tranşlarla çatdırılmalıdır.

O, həmçinin yaxın vaxtlarda ölkəyə nə qədər COVID-19 vaksinlərinin çatdırılacağını da açıqlayıb. Həkimin sözlərinə görə, Ukrayna tərəfi “Covishield” (“AstraZeneca” şirkətinin Hindistanda istehsal edilmiş koronavirusas əleyhinə preparatı-red) vaksininin 500 min dozasını alıb.

“Müqaviləyə görə martın sonuna kimi 1 milyon doza çatdırılmalı idi. Sonra isə 500 min və daha 1 milyon doza. İndi Hindistanda vaksinlərin ixracatına müvəqqəti qadağa var, amma biz təlaşa düşmürük, çünki indi eyni platformadan COVAX mexanizmi çərçivəsində yeni vaksin gətirilir”, – Lyaşko bildirib.

Qeyd edək ki, Ukraynada əhalinin “Oxford/AstraZeneca” vaksini ilə koronavirusdan peyvənd olunması fevralın 24-də başlanılıb.

RELATED ARTICLES
- Advertisment -

Ən son xəbərlər

Recent Comments