Şəmkir rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Şəmkir şəhərində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində xəsarət alan sərnişin, 1994-cü il təvəllüdlü Məmmədov İsmayıl Etibar oğlu əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb, vəziyyəti ağır olduğundan Bakıda yerləşən tibb mərkəzlərinin birinə gətirilib.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.