11 C
Baku
Bazar ertəsi, Aprel 12, 2021
Ev Cəmiyyət Prezident İlham Əliyev Daxili Qoşunların yeni inşa olunan “N” hərbi hissəsinin açılışında...

Prezident İlham Əliyev Daxili Qoşunların yeni inşa olunan “N” hərbi hissəsinin açılışında iştirak edib

“Xəbəraz.info”  “President.az”a istinad edərək xəbər verirki:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 12-də – Daxili Qoşunların yaranması günündə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakının Sabunçu rayonunda yeni inşa olunan “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.


Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycan Prezidenti, Ali Baş
Komandan İlham Əliyevə raport verdi.

Nazir Vilayət Eyvazov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, hərbi hissədə şəxsi heyətin xidmət, məişət, sıra və döyüş hazırlığı səviyyəsinin yaxşılaşdırılması tədbirləri çərçivəsində qərargah və əsgər kazarması, yeməkxana, tibb, qarovul, texniki nəzarət, buraxılış məntəqələri, digər köməkçi binalar inşa olunub, idman şəhərciyi yaradılıb. Yeni binalar zəruri avadanlıq və inventarla təchiz edilib. Mövcud binalar isə əsaslı təmir olunub. Hərbi hissədə mərkəzləşdirilmiş havalandırma, yanğından mühafizə və videomüşahidə sistemləri quraşdırılıb.

RELATED ARTICLES
- Advertisment -

Ən son xəbərlər

Recent Comments