“PAŞA Sığorta” ASC 2020-ci ili 20,635 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 33,6% azdır.

Ötən il “PAŞA Sığorta”nın gəlirləri 177,253 milyon manat (illik müqayisədə 17,2% çox), xərcləri 148,055 milyon manat (33,2% çox), mənfəət vergisi ödəmələri isə 8,564 milyon manat (4,7% az) təşkil edib.

Bu il yanvarın 1-nə “PAŞA Sığorta”nın aktivləri 223,558 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 11,1% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 25,9% artaraq 146,903 milyon manata çatıb, balans kapitalı isə 9,4% azalaraq 76,655 milyon manata enib.

Xatırladaq ki, “PAŞA Sığorta” şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri 100% daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur.