Bizi izlə

Buyurun, nə axtarırsız ?

Siyasət

Pakistanın XİN başçısı Azərbaycanı torpaqlarının azad olunması münasibətilə təbrik edib

Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin xarici işlər naziri Mahdum Şah Mahmud Qureşi ilə görüşüb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər iki ölkə arasında dostluq və qardaşlıq əsasında inkişaf edən ikitərəfli əməkdaşlıq münasibətlərinə dair fikir mübadiləsi aparıblar.

Şah Mahmud Qureşi Azərbaycan torpaqlarının işğaldan azad olunması münasibətilə təbriklərini çatdırıb və Pakistanın hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini ifadə edib. İslamabadda keçirilən üçtərəfli görüşün ölkələrimiz arasında regionda əməkdaşlığın daha da inkişaf etdirilməsi qətiyyətinin bariz nümunəsi olduğunu bildirib.

Ceyhun Bayramov dost Pakistan hökumətinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verdiyi dəstəyi, o cümlədən Pakistan xalqı tərəfindən nümayiş etdirilən qətiyyətli dəstəyi məmnunluqla vurğulayıb. Vətən müharibəsi dövründə bu prinsipial mövqe birmənalı şəkildə ifadə olunduğu üçün qarşı tərəfə təşəkkür bildirilib. Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin ikinci görüşünə uğurla ev sahibliyi etdiyinə görə pakistanlı həmkarına minnətdarlıq bildirilib.

Nazirlər habelə ikitərəfli münasibətlərin bir çox aspektləri o cümlədən, ticarət, kənd təsərrüfatı, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Click to comment

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Sizin üçün maraqlı ola bilər

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb. Fərmanla “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi” və...

Siyasət

“Daha müharibə olmasın!!! Ermənistan vətəndaşları Qarabağ varlılarının sərvətləri üçün ölməməlidir! Ermənistan uşaqlarından əl çəkin!”. Bunu Ermənistanın “ArmInfo” agentliyinin Moskvadakı müxbiri Roman Bağdasaryan feysbuk səhifəsində...

Siyasət

Azərbaycan ordusunun Vətən Müharibəsindəki 44 günlük uğurlu hərbi əməliyyatlarından sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat bölgədə yeni nəqliyyat əlaqələrinin qurulmasına və...

Siyasət

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN nümayəndəsinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İCESCO Baş direktoru ilə görüşü...