“Ötən il 48 hektar meşə ərazisində yanğın baş verib”.

“Xəbəraz.info“  “APA“ -ya istinad edərək  xəbər verir ki, “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib.

O bildirib ki, 2019-cu ildə isə 513 hektar ərazidə yanğın olub: “Biçin mövsümü bitdikdən sonra ənənəvi olaraq sahəni yandırırlar. Bu həmin ərazilərdən meşələrə yanğının keçmə riskini daha da artırır. Bununla bağlı regional meşə təsərrüfatı mərkəzlərində tədbirlər həyata keçirilir. Yanğın riski olan ərazilərdə növbətçilik sistemi yaradılır. Həmin ərazilər 24 saat müşahidə olunur”.