Məlum olduğu kimi, ölkəmizdə sərt karantin rejimi bu ayın 18-dək, ümumi karantin rejimi isə yanvar ayının 31- dək qüvvədədir. İnsanları düşündürən ən çox suallardan biri iri ticarət mərkəzləri, xüsüsən geyim mağazalarının açılmasıdır.
Məsələ ilə bağlı XEBERAZ-a deputat Müşfiq Məmmədli danışıb:
“Bununla bağlı qərarı Nazirlər Kabineti yanında Opertativ Qərargah verir. Ölkədə olan epidemioloji vəziyyət stabilləşdikdə, yoluxmaların sayı azaldıqda və vəziyyət yaxşılaşdıqda buna baxılacaq. Dövlətin də əsas məqsədi yoluxmanın sayı azaldıqdan sonra insanları normal həyata döndərməkdir. Sözügedən proseslər mərhələli şəkildə həyata keçiriləcəkdir”
