11 C
Baku
Bazar ertəsi, Aprel 12, 2021
Ev Dünya Londonda keçirilən etiraz aksiyasında 33 nəfər saxlanılıb

Londonda keçirilən etiraz aksiyasında 33 nəfər saxlanılıb

Britaniyanın paytaxtı Londonda koronavirus məhdudiyyətləri və 33 yaşlı Sara Evevrardın qətlinə etiraz olaraq keçirilən aksiyada 33 nəfər saxlanılıb.

“Xəbəraz.info” “Report”-a istinadən  xəbər verir ki, bu barədə Britaniya paytaxtının polisi bildirib.

“Saat 18:45-ə (Bakı vaxtı ilə saat 22:45) olan məlumata görə, London mərkəzindəki mitinqdə 33 nəfər saxlanılıb. Onların əksəriyyəti COVID-19 məhdudiyyətləri qaydalarının pozulması ilə əlaqədar saxlanılıb”, – asayiş keşikçiləri qeyd edib.

Aksiya iştirakçıları Hayd-parkda toplaşaraq, şəhərin mərkəzi küçələri üzrə hərəkət ediblər, sonra Uaytholl küçəsinə və Britaniya parlamentinin, hökumət binalarının qarşısına toplaşıblar.

RELATED ARTICLES
- Advertisment -

Ən son xəbərlər

Recent Comments