Dünyada 128 242 488 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.

Virusdan 2 804 370 xəstə ölüb, 103 462 117 nəfər sağalıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (31 033 801 nəfər), Braziliya (12 577 354 nəfər), Hindistan (12 095 855 nəfər), Fransa (4 554 683 nəfər) və Rusiyadır (4 528 543 nəfər).

Türkiyədə 3 240 577, İranda 1 864 984, Gürcüstanda 280 472, Ermənistanda isə 190 741 nəfərdə koronavirus müəyyən edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (98 033 nəfər), İranda (62 478 nəfər) və Türkiyədədir (31 230 nəfər).

Azərbaycanda koronavirusa yoluxan 257 330 nəfərin 3 513-ü ölüb, 236 500 xəstə sağalıb.