11 C
Baku
Bazar ertəsi, Aprel 12, 2021
Ev Dünya İtaliyada son 24 saatda 24 minədək insana COVID-19 diaqnozu qoyulub

İtaliyada son 24 saatda 24 minədək insana COVID-19 diaqnozu qoyulub

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 23 832 nəfərin yoluxduğu təsdiqlənib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 401 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 104 642 nəfərə çatıb. Ölkədə hazırda 565 453 aktiv koronavirus xəstəsi var, onlardan 3387-si ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində virusa yoluxmuş 3 356 331 nəfərdən 2 686 236 (son sutkada 14 598 nəfər) sağalıb.

COVID-19-a qarşı peyvəndləmə kampaniyasının 27 dekabr 2020-ci ildə başlanıldığı ölkədə peyvənd olunanların sayı 7 532 035 nəfərə çatıb. Peyvənd olunanların 2 380 018-i ikinci dozanı da qəbul edib.

Digər tərəfdən, ölkənin şimalındakı Turin şəhərində toplanan bir qrup “maskaya yox” şüarı ilə icazəsiz mitinq təşkil edərək, pandemiya məhdudiyyətlərinə qarşı çıxıblar. Təhlükəsizlik qüvvələri qrup üzvlərindən 30 nəfəri koronavirus tədbirlərinin pozulmasına görə cərimələyib.

RELATED ARTICLES
- Advertisment -

Ən son xəbərlər

Recent Comments