İranda ötən 24 saat ərzində 85 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 62 308 nəfərə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 846 923 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 921 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

O qeyd edib ki, İranda ötən sutka ərzində 8 120 nəfər koronavirusa (COVID 19) yoluxub.