Xəbəraz.info”  “Apa ”-<span;>ya<span;> istinad edərək xəbər verirki:
Dövlət İmtahan Mərkəzində (DİM) 13 mart 2021-ci il tarixində SAT və TOEFL iBT imtahanları keçirilib.
DİM-dən APA-ya verilən məlumata görə, koronavirusla (COVID-19) əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

SAT imtahanında 3 əcnəbi olmaqla 58 nəfər iştirak edib. İmtahan nəticələrinin martın 26-dan etibarən elan olunması gözlənilir.
Növbəti SAT (SAT Subject) imtahanı mayın 8-də keçiriləcək.

SAT imtahanına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə etmək olar: http://dim.gov.az/activities/exams/sat/

TOEFL iBT imtahanında isə 1 əcnəbi olmaqla 14 nəfər iştirak edib.

İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti TOEFL iBT imtahanının martın 27-də keçirilməsi nəzərdə tutulur.

Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://dim.gov.az/activities/exams/toefl/