“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, xarici dil üzrə qəbul imtahanından azad olunmaq üçün lazım olan beynəlxalq dil sertifikatları sırasına STANAG da əlavə edilib.

Buna qədər IELTS, TOEFL, TestDaF, DELF, DALF beynəlxalq dil sertifikatları olan şəxslər xarici dil üzrə qəbul imtahanından azad olunurdular.