11 C
Baku
Bazar ertəsi, Aprel 12, 2021
Ev Cəmiyyət DİN-dən Ağdamda minaya düşənlər barədə AÇIQLAMA

DİN-dən Ağdamda minaya düşənlər barədə AÇIQLAMA

Daxili İşlər Nazirliyi bu gün Ağdam rayonunda 6 nəfərin minaya düşməsi ilə bağlı rəsmi açıqlama yayıb.

DİN Mətbuat xidmətindən bildirilib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərə nəzarət postlarından kənar, qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir:

“Bu gün saat 17 radələrində Ağdam rayonunun Əfətli kəndində yaşayan Hüseynov Akif, oğlanları Razi, Bayram, Anar və qonşuları Bəhruz Abdulov Yusifcanlı kəndi ərazisindəki qəbiristanlıqda dəfn edilmiş yaxınlarının məzarını ziyarət etmək məqsədi ilə kənar şəxslərin girişinə məhdudiyyət qoyulmuş və minalardan təmizlənməmiş əraziyə daxil olarkən minaya düşüblər.

Nəticədə Razi və Bayram Hüseynov qardaşları həlak olub, digər 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Bir daha vətəndaşlarımızı ərazilərin minalardan tam təmizlənməsi işi başa çatanadək belə səfərlərdən çəkinməyə çağırırıq. Əks təqdirdə belə səfərlər onların həyat və sağlamlıqlarını itirmələri ilə yekunlaşa bilər”.

RELATED ARTICLES
- Advertisment -

Ən son xəbərlər

Recent Comments