11 C
Baku
Bazar ertəsi, Aprel 12, 2021
Ev Dünya “Bolt” Bakıda “Bolt Food” yemək çatdırılma xidmətini təqdim edir - FOTO

“Bolt” Bakıda “Bolt Food” yemək çatdırılma xidmətini təqdim edir – FOTO

Avropanın böyük tələbata malik nəqliyyat platforması “Bolt”, bu gün yemək çatdırılması xidməti olan “Bolt Food”u Bakıda təqdim edir. Ən az bir ay çatdırılma haqqı ödənilməyəcək və müştərilər yalnız sifariş etdikləri yemək üçün ödəniş edəcəklər.

“Bolt”un Azərbaycanda yüz minlərlə müştərisi var və yemək çatdırılması da uzun müddətdir ki, olduqca məşhurdur. Qlobal nəqliyyat çağırma biznesimizdə qurduğumuz infrastruktur və təcrübə bizə xidmətlərimizi genişləndirmək üçün yaxşı platforma təqdim edir”,- “Bolt Food”un Azərbaycandakı Ölkə Meneceri Kamran Səmədli belə deyib.

Yemək sifarişi etmək üçün istifadəçi “Bolt Food” tətbiqini smartfonuna yükləyərək burada mövcud restoranları və onların menyusunu görə bilir. Xidmət təsdiq edilməzdən əvvəl, tətbiq müştərilərə qiyməti və təxmini çatdırılma müddətini göstərir. Sifarişə ödəniş etmək üçün istifadəçi bank kartı məlumatlarını tətbiqə daxil etməli və ya birbaşa kuryerə nağd şəkildə ödəməlidir.

RELATED ARTICLES
- Advertisment -

Ən son xəbərlər

Recent Comments