11 C
Baku
Bazar ertəsi, Aprel 12, 2021
Ev Cəmiyyət Bayram günlərində poçt və rabitə xidmətləri necə fəaliyyət göstərəcək?

Bayram günlərində poçt və rabitə xidmətləri necə fəaliyyət göstərəcək?

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

XƏBƏRAZ.İNFO  Oxu.Az –a istinad edərək xəbər verir ki , Novruz bayramı günlərində əhalinin poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.

Bununla əlaqədar nazirliyin strukturuna daxil olan qurumlara və tabeliyindəki qurumlara tapşırıqlar verilib.

Bayram günlərində məsul növbətçilər təşkil edilməklə telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrində növbəli iş rejiminin təşkili, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlərin görülməsi təmin ediləcək.

RELATED ARTICLES
- Advertisment -

Ən son xəbərlər

Recent Comments