Bizi izlə

Buyurun, nə axtarırsız ?

Ölkə

Baş infeksionistdən koronavirusla bağlı AÇIQLAMA

Dünyada, o cümlədən Azərbaycanda da koronavirusla mübarizə davam edir. Son aylar ölkəmizdə virusa yoluxma artsa da, görülən karantin tədbirləri infeksiyanın yayılmasının qarşısını almaqdadır. Ölkədə vaksinasiya tədbirləri həyata keçirildikdən sonra isə, yoluxmaların sayında ciddi azalma baş verəcək.

XEBERAZ.INFO- Trend-ə istinadən xəbər verir ki, bunu baş infeksionist Təyyar Eyvazov bildirib. Onun sözlərinə görə, xəstəlikdən sağalan insanların immuniteti də bu işdə rol oynayır:

“Bir tərəfdən insanların xəstələnərək immunitet əldə etməsi, digər tərəfdən vaksinasiya olunaraq süni immunitet qazanması, sonda kollektiv immunitetin formalaşmasına gətirib çıxaracaq. Bu da öz növbəsində xəstələnənlərin sayında xeyli azalmaya səbəb olacaq”.

Baş infeksionist qeyd edib ki, bu proseslərdən sonra virus tam aradan qalxmasa da, bugünkü kimi qlobal səviyyədə xəstələnmələr baş verməyəcək: “Bundan sonra infeksiya idarə olunacaq səviyyədə olacaq”

Click to comment

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Sizin üçün maraqlı ola bilər

Ölkə

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və ictimai birliklərin nümayəndələrinin təmsil olunduğu...

Ölkə

Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. “XEBERAZ” “report”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. 205 nömrəli müntəzəm marşrut...

Ölkə

“Azərbaycanda köhnə avtomobillər utilizasiya ediləcək. Bunun qarşılığında isə bu avtomobillərin sahiblərinə yeni maşınlar almaq üçün güzəşt ediləcək və ya onlara ödənişlər ediləcək”. “XEBERAZ” xəbər...

Ölkə

Yanvarın 20-də gecə saat 23 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində naməlum şəxs havaya fişəng atıb. Bu barədə XEBERAZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat...