11 C
Baku
Bazar ertəsi, Aprel 12, 2021
Ev Cəmiyyət Azərbaycanda hansı məhsullar nə qədər bahalaşıb? - FOTO

Azərbaycanda hansı məhsullar nə qədər bahalaşıb? – FOTO

2021-ci ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən 105,2 faiz təşkil edib.

Xəbəraz.info -nun Oxu.az -a  istinadən verdiyi məlumata əsasən, ölkəmizdə ərzaq məhsulları, içkilər və tütün məmulatları 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2,1 faiz, əvvəlki ilin fevral ayına nəzərən isə 5,2 faiz bahalaşıb.

Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, yumurtanın, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, şokolad məmulatlarının, çayın, kola içkisinin, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən mal və qoyun ətinin qiymətlərində müşahidə olunub.

RELATED ARTICLES
- Advertisment -

Ən son xəbərlər

Recent Comments