11 C
Baku
Bazar ertəsi, Aprel 12, 2021
Ev Cəmiyyət “Asan İmza” mobil identiteti UN ITU-da WSIS Prizes 2021 mükafatına namizəd oldu

“Asan İmza” mobil identiteti UN ITU-da WSIS Prizes 2021 mükafatına namizəd oldu

B.EST Solutions şirkəti tərəfindən təqdim edilən Azərbaycanın mobil identiteti hesab olunan “Asan İmza” BMT-nin Beynəlxalq Elektrokommunikasiya İttifaqının himayəsi altında İnformasiya Cəmiyyəti məsələləri üzrə Yüksək səviyyədə Ümumdünya Görüşü 2021 (World Summit on the Information Society (WSIS) Prizes 2021) mükafatına namizəd oldu.

Xidmətdən verilən məlumata görə, təqdim olunan 1 270 layihədən 360 layihə onlayn səsvermənin cari mərhələsinə namizəd göstərildi. WSIS iştirakçıları 31 Mart 2021-ci il tarixinədək 18 nominasiyanın hər birində bir layihəyə səs verə bilərlər.

Əhatəli rəqəmsal identitet sahəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində reallaşdırılan ən yaxşı təcrübə layihəsi kimi “Asan İmza” mobil elektron imza digər 20 layihə arasında 10-cu – “Hökumətlərin və bütün maraqlı tərəflərin İKT-nin inkişafındakı rolu” nominasiyasına layiq görülüb.

“Asan İmza” layihəsinin təsvirində qeyd olunub: “Düzgün fəaliyyət göstərən hər bir informasiya cəmiyyətinin inkişafı təhlükəsiz rəqəmsal identitet infrastrukturunun yaradılması ilə başlayır. Gələcək rəqəmsallaşdırma üçün kritik çıxış nöqtəsi kimi elektron hökumətdən elektron ticarətə qədər – rəqəmsal identitetin funksional sistemi davamlı iqtisadi yüksəliş üçün imkanlar yaradır və vətəndaşlar üçün yüksək keyfiyyətli və əlçatan dövlət xidmətləri təqdim edir”.

WSIS-in “Fəxri Mükafat” müsabiqəsi – davamlı inkişaf və WSIS-in fəaliyyət istiqamətləri sahəsində BMT-nin məqsədlərinin reallaşdırılması çərçivəsində dünya səviyyəsində uğurlu layihələri müəyyənləşdirən və nümayiş etdirən unikal bir qlobal platformanı əks etdirir.

Maraqlı tərəflərin sorğularına cavab olaraq hazırlanmış WSIS-in “Fəxri Mükafat” müsabiqəsi davamlı inkişaf istiqamətində informasiya və kommunikasiya texnologiyalarının (İKT) imkanlarını istifadə edən layihələrin və tədbirlərin qiymətləndirilməsi üçün effektli mexanizm yaratmağı əsas hədəf hesab edir.

Namizəd olan layihələrin siyahısı ilə buradan tanış ola bilərsiniz. WSIS iştirakçıları 31 Mart 2021-ci il tarixinədək iştirak etməyə və səs verməyə dəvət olunurlar.

RELATED ARTICLES
- Advertisment -

Ən son xəbərlər

Recent Comments