12 C
Baku
Bazar ertəsi, Aprel 12, 2021
Ev Cəmiyyət Aprelin 1-dən xüsusi karantin rejimi ləğv edilə bilər - Əks halda...

Aprelin 1-dən xüsusi karantin rejimi ləğv edilə bilər – Əks halda…

Pandemiya və bununla əlaqədar tətbiq edilən xüsusi karantin rejiminin 2021-ci ildə yumşaldılması səbəbindən dünyanın əksər ölkəsində, o cümlədən Azərbaycanda iqtisadi artımın olacağı proqnozlaşdırılır. Dünya bankının və Azərbaycan hökumətinin proqnozlarına əsasən bu il ölkəmizdə iqtisadi artım 3-5 faiz səviyyəsində olmalıdır.

Amma 2021-ci ilin yanvar-fevral aylarına dair açıqlanan məlumatlar göstərir ki, ölkə iqtisadiyyatında artım əlamətləri yoxdur.
Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, ilk 2 ayda ötən ilin eyni dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 3,2 faiz azalıb. Azalma sürəti yanvar ayına nisbətən bir qədər də güclənib. Yanvarda ÜDM istehsalında azalma 2,5 faiz olmuşdu.
Bu ilin ilk iki ayında ÜDM istehsalında azalma neft-qaz sektoru üzrə 7,5 faiz, qeyri neft-qaz sektoru üzrə 0,4 faiz olub. Yanvarda neft-qaz sektorunda 6,2 faiz azalma olsa da qeyri neft-qaz sektorunda 0,1 faiz artım qeydə alınmışdı.
Bəs, bu il ÜDM istehsalında azalma hansı dövrə qədər davam edəcək? 
Qeyd edək ki, ÜDM istehsalındakı artım və ya azalma müqayisəli göstəricilərlə müəyyənləşdirilir. 2021-ci ildə ÜDM istehsalında azalma ona görə baş verib ki, bu ilin yanvar-fevral ayları ərzində xüsusi karantin rejimi qüvvədə olub, müqayisə edilən 2020-ci ilin yanvar-fevral dövrlərində isə karantin olmayıb.
Bu il yanvarın 18-nə qədər sərt karantin rejimi tətbiq edilib, insanlar evdən SMS icazə vasitəsilə çıxa bilib, ərzaq, dərman, tikinti materialları satışı mağazaları istisna olmaqla ticarət müəssisələrinin fəaliyyəti dayandırılıb, ictimai iaşə müəssisələrinin heç biri işləməyib, şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərməyib. Sonrakı günlərdə sərt karatin qaydaları yumşaldılsa da xüsusi karantin rejimi dəyişməyib. Hələ də ictimai iaşə müəssisələrinin bəziləri (şadlıq evləri, mərasim zalları) işləmir, xaricə və Azərbaycana səfərlər məhdudlaşdırılıb, şənbə-bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmir
RELATED ARTICLES
- Advertisment -

Ən son xəbərlər

Recent Comments