Ən son xəbərlər:

13.04.2023/13:19/ Rəsmilər Goranboy rayonunun Olimpiya İdman Kompleksində məşqləri izləyiblər

Rəsmilər Goranboy rayonunun Olimpiya İdman Kompleksində məşqləri izləyiblər.

xeberaz.info Goranboy Rayon İcra Hakimiyyətinin məlumatına istinadən bildirir ki, rayonun icra başçısı Məhərrəm Quliyev, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri, Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev və millət vəkili Anar Məmmədov Goranboy rayon Olimpiya İdman Kompleksində olublar.

Qonaqlar kompleksdə idmanın müxtəlif növlərinin, o cümlədən cüdonun inkişafının təmin edilməsi məqsədi ilə yaradılmış əlverişli şəraitlə tanış olublar və idmançıların məşqlərini izləyiblər.