Ən son xəbərlər:

28.03.2023/19:39/ Aİ Ukraynaya kömək etmək üçün hərbi sənayesini gücləndirdi

Aİ Ukraynaya kömək etmək üçün hərbi sənayesini gücləndirdi

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Avropa İttifaqına üzv ölkələr həm özlərinin, həm də Ukrayna silahlı qüvvələrinin ehtiyaclarını ödəmək üçün hərbi sənayelərini gücləndiriblər. Bu barədə çərşənbə axşamı Rusiya Federasiyasının Aİ-dəki daimi nümayəndəsi icra edən Kirill Loqvinov “Rossiya-24” telekanalının efirində bildirib.

Hərbi sənayenin aktivləşməsi, şübhəsiz ki, müşahidə olunur, çünki keçən il bir çox Aİ-yə üzv ölkələr müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmaq niyyətlərini bəyan ediblər. Bu xərclərin çoxu yalnız yeni avadanlıqların alınmasına gedəcək.