Ən son xəbərlər:

28.03.2023/18:53/ Aİ ölkələri qaz istehlakının könüllü olaraq 15% azaldılmasını bir il uzadıb

Aİ ölkələri qaz istehlakının könüllü olaraq 15% azaldılmasını bir il uzadıb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Aİ-yə üzv ölkələr qaz istehlakının könüllü olaraq 15% azaldılmasını 12 ay müddətinə uzatmağa razılaşıblar. Bu barədə çərşənbə axşamı Aİ Şurasının energetika nazirləri səviyyəsində yaydığı bəyanatda deyilir.

Aİ Şurası qaz istehlakının könüllü olaraq 15% azaldılması qərarının qüvvədə olma müddətini növbəti 12 ay müddətinə, 2024-cü il martın 31-nə qədər uzatmaq qərarına gəlib,- sənəddə belə deyilir. İcma bu addımı gələn qışa qaz ehtiyatlarının hazırlanması çərçivəsində atıb.