Ən son xəbərlər:

28.03.2023/18:26/ İlin əvvəlindən ABŞ-da odlu silahdan istifadə nəticəsində 10 minə yaxın insan həlak olub

İlin əvvəlindən ABŞ-da odlu silahdan istifadə nəticəsində 10 minə yaxın insan həlak olub.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Bu ilin əvvəlindən ABŞ-da artıq 131 kütləvi atışma olub. Bu barədə çərşənbə axşamı Gun Violence Archive araşdırma təşkilatı öz saytında məlumat yayıb.

Saytın məlumatına görə, 2023-cü ilin ilk üç ayında 401-i uşaq olmaqla, 10 minə yaxın amerikalı odlu silahdan istifadə nəticəsində həlak olub.

Martın 27-də Tennessi ştatının Nashville şəhərində özəl xristian məktəbində atışma nəticəsində üç uşaq və üç böyük ölüb. Nashville Polis Departamentinin məlumatına görə, 28 yaşlı qadın məktəbə atəş açıb.

Gun Violence Archive-in məlumatına görə, 2022-ci ildə ABŞ-da baş verən atışma hadisələri 43,6 mindən çox insanın həyatına son qoyub. Ötən il 4,4 mini uşaq olmaqla 37,9 mindən çox insan xəsarət alıb. 1,6 mindən çox uşaq ölüb.