Ən son xəbərlər:

28.03.2023/06:57/ 30 rus diplomatının Almaniyadan çıxarılması ilə bağlı məlumatlar təsdiqlənməyib

30 rus diplomatının Almaniyadan çıxarılması ilə bağlı məlumatları təsdiqlənməyib.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Bazar ertəsi Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi 30 rus diplomatının ölkədən çıxarılması ilə bağlı mətbuatda yayılan xəbərləri təsdiqləməyib.

Belə bir tədbir – materialda təqdim edildiyi formada – hazırda nəzərdə tutulmayıb,- idarənin nümayəndəsi bu məsələ ilə bağlı əlavə məlumat vermədən brifinqdə belə bildirib.

Şənbə günü Focus nəşri Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən yazıb ki, Almaniyanın xarici işlər naziri Annalena Burbok Berlində akkreditə olunmuş 30-dan çox rusiyalı diplomatı persona non-qrat elan etməyi planlaşdırır. Həmin gün Rusiya Xarici İşlər Nazirliyi diplomatların ölkədən çıxarılmasına sərt cavabın hazır olduğunu açıqlayıb.