Ən son xəbərlər:

28.03.2023/06:44/Tramp: Putin və Si Cinpin növbəti yüz il üçün dünya nizamını müzakirə etdilər

Tramp: Putin və Si Cinpin növbəti yüz il üçün dünya nizamını müzakirə etdilər.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin və Si Cinpin Çin liderinin Moskvaya dövlət səfəri zamanı gələcək yüz il üçün dünya nizamını müzakirə ediblər. Bu fikirləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp Texas ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.

Siz ağıllı prezident Si Cinpini və ağıllı prezident Putini, çox ağıllı insanları gördünüz ki, dayanıb gələcək yüz il ərzində dünya nizamını müzakirə edirlər, – Tramp belə deyib.

Trampın sözlərinə görə, hazırda Rusiya və Çin birləşib.