Ən son xəbərlər:

28.03.2023/05:36/ Səudiyyə Ərəbistanı Çində neft emalı zavodları tikəcək

28.03.2023/05:33/ Səudiyyə Ərəbistanı Çində neft emalı zavodları tikəcək.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, Saudi Aramco Çində böyük neft emalı zavodu və neft-kimya kompleksi inşa edəcək. Bu barədə ötən gün, martın 27-də TASS şirkətin öz saytında dərc olunmuş bəyanatına istinadən məlumat yayıb.

Məlumatda neft-kimya kompleksinin ildə 1,65 milyon tona qədər etilen və 2 milyon tona qədər paraksilol istehsal edəcəyi bildirilir. Zavodun istehsal gücü sutkada 300 min barel olacaq ki, bunun da 210 mini Səudiyyə Aramco şirkəti tərəfindən təmin ediləcək.

Obyektlər Panjin şəhərində tikiləcək. İstifadəyə verilməsi 2026-cı ilə planlaşdırılan obyektlərin tikintisinə bu ilin ikinci rübündə başlanacaq.

Bu barədə 2019-cu ilin əvvəlində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudun Pekinə səfəri zamanı saziş imzalanıb.

Məlumata görə birgə müəssisədə Saudi Aramco 30%, Norinco 51%, Panjin Xincheng Industrial Group 19% paya malikdir.