Ən son xəbərlər:

28.03.2023/05:20/ İsrailin müdafiə naziri vəzifəsindən uzaqlaşdırılıb

İsrailin müdafiə naziri vəzifəsindən uzaqlaşdırılıb.

xeberaz.info Rusiya KIV-lərinə istinadən bildirir ki, İsrailin baş naziri Benyamin Netanyahu bazar günü Yoav Qalantı müdafiə naziri vəzifəsindən azad edib. Bu barədə İsrail baş nazirinin ofisinin yaydığı bəyanatda bildirilir.

Baş nazir Benyamin Netanyahu bu gecə müdafiə naziri Yoav Qalantı tutduğu vəzifədən uzaqlaşdırmaq qərarına gəlib, – mətndə belə deyilir.

Qalante şənbə günü axşam xüsusi bəyanat yayaraq, ölkədə çoxsaylı etirazlara səbəb olan məhkəmə islahatının dayandırılmasına çağırış edib.