Britaniya BMT-nin Folklend adaları ilə bağlı qətnaməsinin pozulmasına diqqət çəkib.
xeberaz.info Rusiya KIV-lərinə istinadən bildirir ki, İberoamerikan sammitinin iştirakçıları Londonun bu məsələ ilə bağlı BMT qətnamələrinə əməl etməməsinə diqqət çəkərək Argentina və Böyük Britaniyanı mübahisəli Folklend (Malvin) adaları ilə bağlı danışıqları bərpa etməyə çağırıblar. Bu barədə ötən gün Argentina Xarici İşlər Nazirliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, iştirakçı ölkələrin nümayəndələri mübahisəli adalarla bağlı məsələ ilə əlaqədar xüsusi bəyanat qəbul ediblər. Böyük Britaniyanın mübahisəli ərazidə məşğul olduğu bərpa olunan və bərpa olunmayan təbii ehtiyatların kəşfiyyatı və hasilatı ilə bağlı birtərəfli fəaliyyətə gəldikdə, sənəddə, beynəlxalq ictimaiyyəti birtərəfli qaydada müqaviləni dəyişdirən qərarlar qəbul etməkdən çəkinməyə çağırır. Malvin adaları ilə bağlı vəziyyət BMT Baş Assambleyasının 31/49 saylı qətnaməsində öz əksini tapıb, – məlumatda belə bildirilib.